Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AFFA-nın vitse-prezidenti: “Yığma komandada əcnəbi baş məşqçi işləməlidir” 

AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Rauf Əliyevin müsahibəsi...

PİA.az müsahibəni olduğu kimi təqdim edir:

– Millimizin Millətlər Liqasında düşdüyü qrupu necə dəyərləndirirsiniz?

– Ötən dəfə Millətlər Liqasında yaxşı qrupa düşmüşdük. Buna görə də qrupdan çıxacağımıza ümidli idik. Amma istəyimiz alınmadı...

– Amma gördük ki, Kosovo millisi də güclü komandadır...

– Demək olmaz ki, güclü çıxdı. Sadəcə, bizdə alınmadı. İdmandır, bir gün belə olur, bir gün başqa cür. Amma budəfəki püşkatma göstərdi ki, bizim qrupdan çıxmaq şansımız var. Lüksemburqla əvvəl oynamışıq. Kipr elə də güclü komanda deyil. Monteneqrodan da geri qalan komanda deyilik. Sadəcə olaraq, qrupdan pley-offa vəsiqə qazanmaq üçün bizdə əzmkarlıq, məşqlərdə tələbkarlıq olmalıdır.

– Orada Lüksemburq millisi zəif görünə bilər. Amma son illər Lüksemburq futbolu inkişaf edib...

– Bir Lüksemburq deyil. Bu və digər ölkələrin yığma komandalarının hamısı bir səviyyəyə çatıb. Amma o demək deyil ki, bizdən güclüdürlər. Biz də bir səviyyəyə çatmışıq. Bizdə də inkişaf prosesi gedir. Bizə elə bil ki, Allah bu püşkü, bu komandaları göndərdi. Məsələn, Estoniya, Şimali Makedoniya kimi komandalar da düşə bilərdi. Onlar Ermənistanla düşdü. Bizdə isə çox yaxşı qrupdur. Ona görə də bütün gücümüzü qoymalıyıq ki, bu mərhələni keçək. Çünki şansımız var.

– Millimizin baş məşqçi postu hələ ki boşdur. Namizədlərin siyahısı da artıq qısaldılıb. Deyilənə görə, baş məşqçi postuna ən yaxın namizəd italiyalı Canni de Byazidir...

– Onu indi mən deyə bilmərəm. Bu, AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Ondan sonra elan olunacaq.

– AFFA İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti kimi millidə yerli, yoxsa əcnəbi məşqçinin çalışmasını istəyirsiniz?

– Bunu İcraiyyə Komitəsinin iclasında da demişəm. Şəxsi fikrim belədir ki, əcnəbi məşqçi olsun. Onun yanında köməkçisi azərbaycanlı olsun, buna etiraz etmirəm. Azərbaycanda peşəkar məşqçilərimiz, veteranlarımız var. Heç kim etiraz etmir ki, onlar kənarda qalsın. Onlar futbolun inkişafına cəlb olunmalıdır. Amma şəxsi fikrimdir ki, bu gün yığma komandada əcnəbi baş məşqçi işləməlidir. (Oxu.Az)

pia.az


Etiket: Rauf Əliyev AFFA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Ən çox oxunanalar